, :
http://club.33bru.com/125Zengilan-Qubadl-Ramiz-Roeven-topic5006


33b.ru » » » "Azadlig"la Azadliga Dogru!!! » 125.Zengilan-Qubadlı.-.Ramiz Rövşen.
Azadlig!!!



:
2005-07-30
- : 25
:

: 01 . 2005 16:51    : 125.Zengilan-Qubadlı.-.Ramiz Rövşen.



SİYASİ SİSTEMİN MAHİYYETİ DEYİŞMELİDİR





Ramiz Rövşen: Men özümü heqiqetin döyüşçüsü sayıram
Binaları ucaldıb insanları alçaltmaqla ağ güne çıxmaq olmaz

Ramiz Rövşenden sonuncu böyük müsahibeni bir il önce almışıq. Çox danışmağı, elelxüsus da xorla danışmağı sevmir. Hamı danışmağa başlayanda o susur. Hesab edir ki, indi Azerbaycanda insanların heyatında, taleyinde böhran dönemi yaşanır. Bu böhrana son qoyulması üçün ölkede çox ciddi deyişiklikler baş vermeli, insanlar bu pozitiv prosesin iştirakçısı ve şahidi olmalıdır. Yalnız o halda Azerbaycanı da xilas elemek mümkün olacaq, Azerbaycan insanını da...

(evveli öten saylarımızda)
- Çox qeribe bir durum yaranıb: bu ölkede insanlar öz taleyini - alnına yazılanı yaşaya bilmir. Bu yanlış naxış Azerbaycanın o adamları itirmesi ile neticelenir. İstedadlı insanlar var ki, Azerbaycan onları qazana bilerdi. Amma eksine olur...
- Tale geniş ve mücerred anlayışdır. Hem de yalnız insanın özünden asılı deyil. İstedad - mehz ele taleyin reallaşması, maddileşmesi, cemiyyet üçün deyerli olan neyese çevrilmesidir. İstedadın bexti getirmeyende, taleyi reallaşdırmaq mümkün olmayanda facie yaranır. Talede çatlar emele gelir. İnsan görmeli olduğu işleri göre bilmir. Özüne yol tapmayan güc, enerji insanı içeriden çalxalamağa, sağa-sola sepelemeye başlayır. Yaradıcı enerji istedad sahibinden ötrü dağıdıcı enerjiye çevrilir... Her bir peşe sahibinin deyeri onun peşekarlığının derecesiyle ölçülür. Amma bu gün Azerbaycanda peşekarlığın qiymeti sıfırdır. En yüksek peşekarlar alaq otu kimi atılır, qeyri-peşekarlıq ise yaxşıca becerilib günden güne çiçeklenir. Amma bir acı heqiqet var ki, qeyri-peşekarlıq heç vaxt bar vermeyecek.
- Peşekarlıqdan söz düşmüşken, bir az da şerlerinizden danışaq. Oğlumun gözleri şerini size yazdıran neydi?
- Oğlum Rövşen üç yaşındaydı. Emircanda yaşayırdıq. Açıq eyvanımız vardı. Her gün işe gedirdim. İki yol idi; düz de gede bilerdim, döne de bilerdim. Dönende gözden itirdim. Uşaq arxadan qışqırırdı ki, dönme, düz yolla get, seni görüm. O şer Düz yolla get, seni görüm hissinden doğulub. Şerlerin heresi bir hissden yaranır. Amma şair evvelce şerin havasını duyur, sesini, musiqisini eşidir. Şer havadan ve sesden yaranır, sonra söze çevrilir. 1920-ci ilde, ölümünden bir az qabaq Niye şer yazmırsan? sualının cavabında Çoxdandır heç bir ses eşitmirem deyen Aleksandr Blok da, heç şübhesiz ki, hemin kosmik sesi nezerde tuturdu. Sözün düzü, son 10-15 ilde men de az yazıram. Buna sebeb heç de peşekarlığımın azalması deyil. İlden-ile çirklenen bu menevi-exlaqi atmosferde şer havasıyla yaşamaq, bu hay-küyün, çal-çağırın içinde o kosmik sesi eşitmek çox çetindir...
- Bes Bilsek dünyaya gelmezdik, analar aldatdı bizi misrasındakı pessimizm neden qaynaqlanır?
- Men o hissi pessimizm adlandırmazdım. O hiss yeqin lap qedimden, bir vaxt cennetden qovulan Ademle Hevvadan gelir. Miltonun neçe yüz il evvel yazılmış meşhur poeması var: İtirilmiş cennet. Bu dünyada özünü yad hiss elemek, bundan daha gözel bir dünyanın, itirilmiş cennetin hesretini çekmek bir çox şairlere xas olan keyfiyyetdir. Tekce hesret çekmekle kifayetlenmeyib hemin o cenneti burda, yer üzünde yaratmaq isteyenlerse inqilabçı olurlar. Onların yaratmaq istediyi cennetin ne olduğunu yoldaş Lenin eyani şekilde gösterdi. Odur ki, pis-yaxşı bu dünyayla barışmaqdan başqa elac qalmır...
- Şaire gelen kosmik sesden danışdız. Yoxsa Zengilan-Qubadlı dairesine de mehz sevgi kimi ilk defe duyduğunuz o doğma sesi almağa gedirsiz?
- O insanların mene ses vereceyine heç bir şübhem yoxdur. Çünki 40 ilden çoxdur ki, men o sesin ifadeçisiyem. Bakıda yaşasam da, hemişe kendden yazmışam. Bir çox şerlerimin, hekayelerimin qehremanları da o doğma adamlardır. Yeni bu seçkide men tekce seçicilerimin yox, hem de öz qehremanlarımın sesini almağa gedirem. Amma bu ölkede seçki prosesini yalnız ses verenler hell elemir. Eybecer enene yaranıb; çoxları seçkiye de pul qazanmaq üçün vasite kimi baxırlar. Hem ses verenlere, hem de ses sayanlara tesir elemek üçün esasen iki vasite var: rüşvet teklif elemek ve ya qorxutmaq. Mende olan melumata göre, ikinci vasite artıq işe salınıb. Amma bütün bunları bile-bile men seçkiye gedirem ve qalib geleceyime de inanıram. Bu güne qeder men çox haqsızlıqlara qarşı çıxmışam, çox adamların hüququnu müdafie etmişem. Bu ilki seçkininse bütün eyer-eskiklerini öz şexsi tecrübemde yoxlayacam. Ve axırda vereceyim qiymetin ictimai rezonansı da kifayet qeder ciddi olacaq. Buna heç kes şübhe etmesin.
- Sözünüzün tesir gücü hamıya bellidir. Hetta sizi sevmeyenlere de. Teessüf ki, bu cür söz sahibleri indi çox azdır. Yeqin buna göre de söz getdikce qiymetden düşür...
- Söz hem qiymetden, hem de hörmetden düşür. Bizde söz azadlığından çox danışırlar. Amma söz azadlığı - tekce sözü deyenin yox, hem de deyilen sözün azadlığı demekdir; yalançı pafosdan, şerden, böhtandan azad söz. Bu gün Azerbaycanda siyasi demoqogiya her şeyi üsteleyib. Qeyri-semimilik virus kimi hakimiyyete, müxalifete, bütün millete yoluxub. Qeyri-semimilik olan yerdese yalan ayaq açıb yeriyir. Tolstoy deyirdi ki, heqiqet vetenden ucadır. Eger heqiqet vetenden ucadırsa, demeli, hemişe heqiqeti demek, veteni o ucalığa çatdırmaq lazımdır. Heqiqet ne qeder acı olsa da, ondan qorxmaq lazım deyil. Derman da acıdır. Men özümü heqiqetin döyüşçüsü sayıram. İnsan çox vaxt etrafındakı atmosferi özü yaradır. Daxilen azad olmayan adam başqalarını da darıxdırır. Bu gün Azerbaycanda azad adam çox azdır. Kasıbları qayğı ve ehtiyac sıxır, varlıları da bir gün her şeyi itirmek qorxusu. Heç kes sözün tam menasında sabahından arxayın deyil. Bu, çox acınacaqlı menzeredir. Amma Azerbaycanın son 10-15 ilde en böyük facielerinden biri, mence, ziyalı elitanın çıxdaş olunmasıdır. Bu elitaya qarşı qeddar bir hücum var. Ziyalı elitamızın en böyük qüsuru çox vaxt haqqın yox, gücün yanında olmağa verdiş etmesidir. Bunun birce sebebi var - maddi teminat. Halbuki bu adamlar eksini eleseydiler, belke Azerbaycanın taleyinde bunun çox böyük tesiri ola bilerdi. Onların maddi teminatı da indikinden qat-qat artıq olardı. Heç kesin ayağına getmezdiler, her kes onların ayağına gelerdi. Amma o böyük istedad sahiblerinin bunu etmeye qetiyyeti çatmadı. Bunu onların günahı da, faciesi de saymaq olar. Ancaq Azerbaycan edebiyyatının, medeniyyetinin bütöv bir merhelesini yaradan bu senetkarlara qarşı metbuatda geden menevi terrorun heç bir beraeti yoxdur. Doğrudur, Uman yerden küserler deyibler. Amma Uman yeri keserler demeyibler. Her bir senetkarın gücü tekce yaratdığı eserlerde yox, hem de ictimai reydedir. Sen onu vurduqca, ictimai reyi de gücden salırsan. Sonra ondan ne umursan?
- Sizce, ictimai reydeki, münasibetlerdeki bu xaosun günahkarı kimdi?
- Mence, günahkar cemiyyetin özüdür. Bütün deyerler itib. Belke de yaxşı ile pisi, haqla nahaqqı deyişik salmaq olar. Bundan heç kes sığortalanmayıb. Amma döyen ve döyülen varsa, kimin haqlı, kimin haqsız olduğunu soruşmadan döyüleni müdafie etmek lazımdır. Men ömrüm boyu bu prinsiple yaşamışam. Hetta sabah döyülenle döyenin yeri deyişse, men yene döyüleni döyenlerin elinden almağa çalışacağam.
Amma döymeyin de, döyülmeyin de heddi olmalıdır. Döye-döye döyüleni hedden artıq aqressivleşdirmek, zalımlaşdırmaq mümkündür ve bu, çox tehlükelidir.
- Bayaq çox maraqlı bir ifade işletdiniz: Veteni heqiqete ucaltmaq. Veteni heqiqete ucaltmağın yolu belke ele inqilabdan keçir?
- Heqiqete geden yol her kesin öz vicdanından keçir. Eslinde heqiqeti hamı bilir, amma serf elemediyine göre çoxları ona göz yumurlar. Bu gün hamının bildiyi heqiqet odur ki, biz zahiren çox varlı ve zengin, daxilense çox kasıb ve miskin bir ölkede yaşayırıq. Binaları ucaldıb insanları alçaltmaqla ağ güne çıxmaq olmaz. Mence, İlham Eliyev de heqiqeti bilir. O da başa düşür ki, bu veziyyet deyişmelidir. İndi bezen deyirler ki, onun etrafı pisdir, kimlerise vezifeden götürse, veziyyet düzeler. Amma üzden deyişmekle, Elinin papağını Velinin başına qoymaqla heç ne düzelen deyil. Siyasi sistemin mahiyyeti deyişilmelidir. Çoxuna ele gelir ki, mahiyyet deyişende her şey alt-üst olacaq. Amma Qorbaçov niye getdi, SSRİ niye dağıldı? Çünki Qorbaçov o sistemin mahiyyetini deyişmeye qorxdu. O isteyirdi ki, kosmetik deyişiklikler eleyib insan sifetli sosializm yaratsın. İnsan sifetli sosializm olmur, bu, mümkün deyil... Düzdü, bütün müqayiseler qüsurludur. Amma bu gün İlham Eliyevin veziyyeti, mence, Qorbaçovun 80-ci illerin axırındakı veziyyetine oxşayır. İlham Eliyev çox böyük seçim qarşısındadır. Men bir az evvel de dedim ki, inqilabın olub-olmayacağını iki qüvve hell edir: hakimiyyet ve xalq. İlham Eliyev bu hakimiyyetde birinci şexsdir. Ve demeli, Azerbaycanda inqilabın olub-olmayacağı da en birinci İlham Eliyevin özünden asılıdır...
Aynur CAMALQIZI

http://musavat.com/view.php



33b.ru » » » "Azadlig"la Azadliga Dogru!!! » 125.Zengilan-Qubadlı.-.Ramiz Rövşen. : GMT + 3
1 1

, :
http://club.33bru.com/125Zengilan-Qubadl-Ramiz-Roeven-topic5006



© 2002-2014 RC-MIR.com -

Made in GERMANY
Impressum
Abuse