Регистрация | Вход Мой раздел   Общение   Развлечения   Полезное   Информация     Поставить закладку Сделать стартовой  
Форумы
Форумы: общие
Форумы: клубные
Начало

Мои клубы
Все клубы

Форумы клубов
Чаты клубов
Форумы: региональные


Общение
Начало
Форумы
Чат
Дневники
Клубы
Поэзия
Споры
Фотоальбомы
Знакомства
Мессенджер
Пользователи

Мобильная версия порталаnew
33b.ru » Клубы » Форумы клубов » "Yox" Herakati-Движение "НЕТ!" » HEKIMLERE!!!!!!!!!
Начать новую тему   Ответить на тему
Распечатать тему
Автор Сообщение
YOXdeyin!
Постоялец
Постоялец

avatar


Зарегистрирован:
2005-04-08
Кол-во пунктов: 335
Откуда: Азербайджан

СообщениеДобавлено: 10 Май 2005 15:08
   Заголовок сообщения: HEKIMLERE!!!!!!!!!
  Ответить с цитатой    Распечатать сообщение

HƏKİMLƏR




Sizə ayrılan dövlət pullarını məmurların özləri, nazir və onun müavinləri, baş həkimlər basıb yeyirsə sizin susmağa haqqınız varmı? “YOX!” Siz Azərbaycan həkimlərinin adından danışan mafiozlara, korrupsionerlərə “YOX!” deyin! Bu gün cəmiyyətimiz xəstədir. Onun siz Həkimlərə ehtiyacı var. Ayağa qalxın! Daha susmayın! Haqqınızı yeyənləri, milyon dollarla xalqın sərvətini mənimsəyənləri irin-qan qusdurun! “YOX” deyərək “YOX” Hərəkatına qoşulun!

“YOX” Hərəkatı YAŞIL rəngi özünün rəmzi seçib. YAŞIL geyinin! Qoy bu rəng sizin etiraz səsiniz olsun!


Вернуться к началу
Посмотреть профиль Отправить личное сообщение Гостевая книга Зайти в клуб пользователя
YOXdeyin!
Постоялец
Постоялец

avatar


Зарегистрирован:
2005-04-08
Кол-во пунктов: 335
Откуда: Азербайджан

СообщениеДобавлено: 16 июн. 2005 16:03
   Заголовок сообщения: HEKIMLERE!!!!!!!!!
  Ответить с цитатой    Распечатать сообщение



Tibb Işçileri Gününde sehiyyenin günü...





Şeker, verem ve müxtelif qan xesteliklerinden eziyyet çeken xesteler keyfiyyetli xidmetle temin olunurmu?





Iyunun 17-si respublikamızda Tibb Işçileri Günü kimi qeyd edilir. Bunu nezere alaraq, tibb işçilerinin iş prosesindeki problemlerden, hemçinin sehiyyemizde olan mövcud çatışmazlıqlardan danışmaq istedik. Sehiyyemizin bir neçe sahesine nezer salıb, bu sahede olan problemlerle maraqlandıq. Statistikaya göre, Azerbaycanda şekerli diabetin her iki tipinden eziyyet çeken 53 minden çox insan var. Onların böyük ekseriyyeti insulinden asılı olmayan, yerde qalan hissesi ise insulinden asılı şexslerdir. Bütün dünyada olduğu kimi, Azerbaycanda da bu tipli xestelere pulsuz dermanlar verilmelidir.

Qeyd edek ki, qanuni şekilde insulinin alınması ve ölkeye getirilmesi Sehiyye Nazirliyinin xettile heyata keçirilir. Sonra ise bu preparat nazirliyin merkezleşdirilmiş aptekine verilir, oradan da rayonlar üzre sehiyye şöbelerine paylanır. Xesteler bu dermanları ayda bir defe yaşadıqları rayonun erazisindeki poliklinikadan almalıdır. Qeyd edek ki, ölkemizde Sovet döneminden bu vaxta qeder şeker xestelerine heyvan insulini vurulur. Bu insulinler, esasen Danimarkadan getirilse de, Rusiyada istehsal olunan aşağı keyfiyyetli preparatların da qaçaqmalçılıq yolu ile Azerbaycana getirildiyi istisna olunmur.

Qanunla şeker, verem ve müxtelif qan xesteliklerine mübtela olmuş insanlara pulsuz derman preparatları verilmelidir. Amma bu sahede müeyyen problemler var. Esas sebeb, qanun olmasına baxmayaraq, bunun heyata keçirilme mexanizminin işlenib hazırlanmamasıdır. Xestelere pulsuz derman preparatlarının verilmesinde veziyyet o qeder de ürekaçan deyil.

Diabet Dispanserinden aldığımız melumata göre, dispanser qeydiyyatında olan şekerli diabet xesteleri pulsuz olaraq ayda bir defe lazımi preparatlarla temin olunur. Qeyd edek ki, dispanser qeydiyyatında hazırda 2500-den çox xeste var. rayonlarda olan xestelerin taleyi ise sual altındadır.

Diabet Liqasının sedr müavini Izafet Kerimova ise deyilenlerle razılaşmır. O qeyd etdi ki, xesteler dünya standartlarına uyğun, heyati vacib insulin preparatları ile, şekersalıcı heblerle müvafiq tibb müessiseleri terefinden tam temin edilmirler. Hetta bezi humanitar aksiyalar nezere alınmasa, onlar insulin şprisleri ve özünenezaret vasitelerinden de mehrumdurlar. O, defelerle elaqedar orqanlara müraciet etdiyini ve her zaman «kifayet qeder insulin var» cavabını aldığını vurğuladı. Onun sözlerine göre, yerlerde yoxlamalar aparanda xestelerin derman preparatlarından eziyyet çekdiyi melum olub. Sedr müavini bu xestelik üçün teleb olunan dermanların bahalığını, hemçinin uşaqlara heyvan menşeli insulinin verildiyini de bildirdi. Onun sözlerine göre, başqa dövletlerde insulin xüsusi yerlerde reseptle verildiyi halda, bizde bundan alver meqsedile istifade edirler.

Hemofiliyalı Xestelerin Respublika Assosiasiyasından ise bildirdiler ki, onlar bütün ümidlerini Ümumdünya Hemofiliya Federasiyası (ÜHF) ile Sehiyye Nazirliyi arasında imzalanan 2005-2007-ci illeri ehate edecek Azerbaycanda Hemofiliyaya Qayğı Proqramı çerçivesinde nezerde tutulan proqrama bağlayıblar. Qeyd edek ki, Azerbaycanda 1500-den artıq hemofiliya xestesi var. Onlardan 800 neferi resmi qeydiyyatdadır.

«Savab dünyası» Talassemiya Assosiyasından aldığımız melumata göre ise, talassemiyalı xesteler de hemofiliyalılar kimi qan sarıdan eziyyet çekirler. Qeyd edek ki, merkezin resmi qeydiyyatında 450 uşaq var ve her uşağa ayda 3 defe 100 qram qan lazımdır. Merkezden verilen melumata göre, qan qıtlığı hemişe olsa da, hazırda veziyyet evvelkinden daha pisdir. Bele ki, talassemiyalı xestelerin qanla teminatı istenilen seviyyede deyil.

Şeher Uşaq Ruhi Dispanserinden de bildirdiler ki, teqaüd alan, yeni resmi xeste kimi qeydiyyatdan keçenlere dispanser terefinden ayda bir defe pulsuz derman preparatları verilir, rayonlarda olan eseb xesteleri de Maştağada yerleşen Ruhi Eseb Dispanseri terefinden dermanla techiz olunurlar.

Sehiyye Nazirliyinin metbuat xidmetinin rehberi Zemfira Zalova da qanunla şeker ve verem xestelerine pulsuz derman preparatlarının verilmeli olduğunu bildirdi. Onun sözlerine göre, ölkede yaranan insulin problemi insulinin ölkeye getirilmesinde yaranan problemle bağlıdır. Z.Zalovanın sözlerine göre, hansısa müessisede qeydiyyatda olan xestelerin daimi olaraq pulsuz derman preparatları verilir. O, nazirliyin büdcesinin hemofiliyalı ve talassemiyalı xestelere müalicesinde teleb olunan derman preparatlarının alınmasına imkan verib-vermediyinden xebersiz olduğunu bildirerek, respublikanın baş endokrinoloquna müraciet etmeyimizi meslehet gördü. Metbuat xidmetinin rehberi sehiyyedeki problemlerden yalnız kadr çoxluğu ve kadrların yerleşdirilmesile bağlı problemlere toxundu. Sehiyye ocaqlarının müasir standartlara cavab veren avadanlıqla techizatındakı problemlere gelince ise, Z.Zalova bildirdi ki, avadanlıq problemi doğrudan da var. «Müasir, dünya standartlarına cavab veren avadanlığın alınması bizim üçün çox zaman arzu olaraq qalır. Biz büdceden maliyyeleşen teşkilatıq. Bu sebebden bezi avadanlıqları ala bilsek de, bezilerini ala bilmirik. Imkanımız çatan ve ala bildiyimiz avadanlığa qane oluruq»-deyen nazirlik emekdaşı, bu problemin hell edilmesinde büdcenin esas rola malik olduğunu vurğuladı. O, hekimlerin ve tibb işçilerinin maaşlarının azlığının da büdcenin problemi olduğunu bildirdi.

Yeri gelmişken qeyd edek ki, sehiyye işçilerinin maaşlarının azlığı xestexana ve doğum evlerinde rüşvetxorluq faktlarının günden-güne artmasına revac verir. Ehali arasında apardığımız mini sorğu neticesinde bir daha belli oldu ki, xestexanalarda ve poliklinikalarda hekimler ve tibb bacıları ehalini soyur. Qeyd edek ki, poliklinikalar pulsuz tibbi xidmete keçse de, eslinde veziyyet tamam eksinedir. Ekser poliklinikalarda hekimler xesteni müayine etmeyin mebleğini demekden bele çekinmirler.

Hemçinin, hekimlerin emekhaqqının azlığı onların xarici derman firmaları ile elaqeye girerek, ehaliye keyfiyyetsiz ve baha dermanlar «sırıması» ile neticelenir. Bele ki, bir çox derman firmaları ölkeye getirilen keyfiyyetsiz dermanların satılması üçün xestexanalarda işleyen hekimlerle müqavile bağlayırlar ve razılaşma neticesinde hekimler xestelere bu firmaların dermanlarını yazır. Firma ile hekimin razılaşması esasında firmanın hekime teqdim etdiyi resept kağızında hekimin kodu gösterilir, hemin kodun sayesinde firma hekimin ona ne qeder xeyir verdiyini müeyyen edir ve bu sövdeleşme neticesinde hekim de müeyyen mebleğde qazanca sahib olur.

Yeri gelmişken, xestexanalarda, doğum evlerinde, poliklinikalarda işleyen hekimler hem de xesteye yazdığı keyfiyyetsiz firma dermanlarının qutularını yığmaqla da qazanc elde edirler.

Firma dermanlarından ehalinin narazılığını ve hekimlerin firmalarla elaqeye girib, ehaliye keyfiyyetsiz dermanlar meslehet gördüyünü Sehiyye Nazirliyinden de tesdiqlediler. Nazirliyin metbuat xidmetinden bildirdiler ki, bu barede onlarda kifayet qeder melumat var, amma bunu sübut etmek çox çetindir. Nazirlikden bu cür reseptlerle bağlı tedbir görüleceyini de bildirdiler.

R.QURBANLÛ


http://baku-xeber.com/.../Sosium.htm
Вернуться к началу
Посмотреть профиль Отправить личное сообщение Гостевая книга Зайти в клуб пользователя
Начать новую тему    Ответить на тему Часовой пояс: GMT + 3
33b.ru » Клубы » Форумы клубов » "Yox" Herakati-Движение "НЕТ!" » HEKIMLERE!!!!!!!!!
Страница 1 из 1

 

Мой раздел: Профиль · Настройки · Почта · Гостевая книга · Друзья · Рефералы · Чёрный список · Записная книжка · Адресная книга
Общение: Начало · Форумы · Чат · Дневники · Клубы · Поэзия · Споры · Фотоальбомы · Знакомства · Мессенджер · Пользователи
Развлечения: Игры · Шахматы · Викторина · Конкурс красоты · Радио · Телевидение
Полезное: Аватары · Смайлики · Гороскопы · Транслит · Декодер · Генератор паролей
Информация: Новости · Правила
© 2002-2014 33B.ru - 33 буквы алфавита Abuse